Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Parlament Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin etdi

05.06.2020 11:55 2 385
Parlament Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin etdi
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına Milli Məclis tərəfindən yeni üzvlər təyin olunub.

Bununla bağlı məsələ parlamentin iclasında səsə qoyulub.

Parlament sədrinin müavini Adil Əliyev, deputatlardan Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev Komissiyaya üzv təyin olunublar.

Həmçinin, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də quruma üzv olub.

Parlamentin sədri Sahibə Qafarova həmin şəxsləri təbrik edib.

Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Onun səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Hazırda Komissiyanın Milli Məclis tərəfindən təyin edilən üzvləri aşağıdakı şəxslərdir: parlament sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Bəxtiyar Əliyev, Ziyafət Əsgərov, Baş nazirin müavini Əli Əhmədov (deputat olarkən təyin olunub) və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov.скачать dle 11.3
Mojo.az Banner