Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi - RƏSMİ
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, gələn həftədən modul tipli xəstəxanalara xəstə yerləşdirilməsinə başlanılacaq:
“Sumqayıt, Bakı, Gəncə şəhərlərində və Saray qəsəbəsində modul tipli xəstəxanaların açılışı olacaq”.
Sədr əlavə edib ki, ümumilikdə, çarpayı sayı yeddi mindən artıq olacaq:
“Bugünkü xəstə sayına baxdıqda, xəstəxana doluluğu faizi yetərlidir”.