Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyevlə İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

18.05.2020 16:56 3 629
İlham Əliyevlə İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti İqor Dodon dövlətimizin başçısı İlham Əliyevi salamlayaraq deyib:

- Sabahınız xeyir.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Prezident İqor Dodon: Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim.

Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər.

Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq.

Prezident İlham Əliyev: Bəli. Sizi görməyimə çox şadam, hörmətli cənab Prezident. Mən də Sizi və Sizin şəxsinizdə bütün Moldova xalqını ötən Qələbə bayramı münasibətilə təbrik etmək istərdim. Bizim ölkələrimizdə bu bayram həmişə çox əziz tutulur.

Bizim Qələbəmiz uğrunda canlarından keçənlərin xatirəsini əziz tutmağımız fərəhlidir. Hazırda sağ olanlar, - düzdür, onların sayı getdikcə azalır, - ölkələrimizdə böyük hörmətə sahibdirlər. Əlbəttə ki, biz ikitərəfli planda daim aktiv qarşılıqlı fəaliyyətə istiqamətlənmişik. Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda görüşlərimizi xatırlayıram.

Buna görə də Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir. Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza və həmçinin bu gün bunu qeyd etdiyinizə görə təşəkkür edirəm.

Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə, əminəm ki, bugünkü müzakirəmiz də çox faydalı olacaq və nəticəyə istiqamətlənəcək.

Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışdılar.

Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.

Söhbət zamanı dövlət başçıları pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildirdilər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var.

Prezidentlər bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğulayıblar.

Dövlət başçıları, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə ediblər. Moldova Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərlə bağlı dəvətini bir daha diqqətə çatdırıb. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova Prezidenti İqor Dodonu Azərbaycana rəsmi səfərə dəvət edib.


Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.





Son xəbərlər