Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır

13.05.2020 12:50 2 861
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
“Ünvanlı dövlət sosial yardımına görə müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımına müraciət etmək imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma görə müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə adambaşına düşən kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov belə təkliflə çıxış edib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparılır.

“Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, dörd nəfərlik ailədə kommunal xərc limiti 76 manatdan 108 manata çatdırılacaq. Müvafiq olaraq, daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardımın müəyyənləşdirilməsinə imkan yaradacaq”, - deyə V.Bayramov məlumat verib.

Ünvanlı sosial yardımın müəyyənləşdirildiyi müddət bir ildir. Deputat isə bu müddətin iki ilə qədər uzadılmasını təklif edib:

“Yəni, aztəminatlı ailəyə bir illik sosial yardım müəyyənləşir. Həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda zaman uzadılsın və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun”.

Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir. Həmin dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edəcək. Təkliflər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının genişləndirilməsinə hesablanıb.

Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner