Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial yardımın məbləği artırılır? - AÇIQLAMA

02.08.2024 20:24 852
Sosial yardımın məbləği artırılır? - AÇIQLAMA
Ünvanlı sosial yardımın artırılması birbaşa ehtiyac meyarının dəyişdirilməsi ilə bağlıdır.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, ehtiyac meyarı artırılanda avtomatik olaraq, ünvanlı sosial yardım məbləğində də artımlar baş verir.

"Son illər ehtiyac meyarının artırılması reallaşıb. Bu da ünvanlı sosial yardım məbləğinə təsir göstərib. 2025-ci ilin büdcə paketi təqdim edilən zaman ünvanlı sosial yardımda hansı səviyyədə artımların olacağı müəyyənləşəcək. Əgər büdcə paketində ehtiyac meyarının artırılması ilə bağlı sənəd olarsa, bu, praktik olaraq 2025-ci ilin yanvar ayından etibarən ünvanlı sosial yardımın məbləğində artım olmasına gətirib çıxaracaq.

Ona görə də ünvanlı sosial yardım məbləğini artıran əsas meyar ehtiyac meyarıdır və bu kontekstdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ehtiyac meyarının artırılması təklif olunarsa və bu, büdcə sənədində təsdiqini taparsa, artım baş verir", - deyə o əlavə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.скачать dle 11.3
Mojo.az Banner