Mojo.az — elanlar
Son Xəbərlər
11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus 50 yaşlı azərbaycanlı qadının ağciyərlərini bu hala saldı - FOTO

11.05.2020 15:39 2 806
Koronavirus 50 yaşlı azərbaycanlı qadının ağciyərlərini bu hala saldı - FOTO
COVID-19 50 yaşlı qadının ağciyərlərində buzlu şüşə sindromuna səbəb olub.

Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, rentgen 50 yaşlı qadın pasiyentə məxsusdur:

"Xanım xəstəxanaya müraciət edən zaman aparılan müayinələr nəticəsində onda COVİD-19 aşkar olunub. Dərhal ağciyərlər rentgen olunub. Görüntüdə COVID-19 virusunun törətdiyi atipik pnevmoniyanın ağciyərdə yaratdığı vəziyyət müşahidə olunub.

Müalicə üçün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına göndərilib. Artıq müalicə prosesi yekunlaşıb və xanım sağlam vəziyyətdə evinə göndərilib”.

A.Qeybulla paylaşımı etməklə koronavirusu ciddiyə almayan şəxsləri bir qədər diqqətli olmağa dəvət etdiyini deyib:

"Bu xəstə ilə yanaşı demək olar ki, müraciət edənlər arasında daha altı nəfərdə COVİD-19 aşkarlamışam. Aidiyyəti üzrə müvafiq xəstəxanalara göndərmişik. İnsanlar bu xəstəliyi ciddiyə almadıqca, yoluxma dayandırmaq da çətinləşir. Cəmiyyət arasında sosial məsafəyə riayət edilməlidir. Tibbi maska istifadəsi yoluxma riskini azaldır”.

Son xəbərlər