Mojo.az — elanlar
Son Xəbərlər
20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədə-bağırsaq xəstələrinin nəzərinə: əyninizi qalın edin

06.09.2019 12:59 2 729
Mədə-bağırsaq xəstələrinin nəzərinə: əyninizi qalın edin
Fəsil dəyişikliyi daha çox soyuqdəymədən yaranan xəstəliklərlə müşayiət olunur.

Bunu oxu.az-a açıqlamasında tibb elmləri doktoru, həkim Adil Qeybulla payız fəslinin gəlişi ilə bir sıra xəstəliklərin kəskinləşməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, fəsil dəyişikliyi zamanı insanlar geyimləri düzgün seçmirlər. Hətta bəzən havanın dəyişməsinə də o qədər önəm vermirlər. Ona görə də bu fəsildə soyuqdəymədən yaranan xəstəliklərin sayı artır:

"Payızda bəzi xəstəliklərin kəskinləşməsi halları müşahidə edilir. Məsələn, bronxial astma daha çox özünü göstərir. Çünki payızda yağış yağması, rütubətin dəyişməsi bu prosesi sürətləndirir.

Payızda hər kəs öz həkimi ilə məsləhətləşməli, həm geyiminə fikir verməli, həm dərman qəbuluna, həm də müalicə rejiminə riayət etməlidir".

A.Qeybulla payız fəslinin mədə-bağırsaq xəstəlikləri üçün də təhlükəli olduğunu qeyd edib:

"Bu xəstəliyi olanlar mütləq müalicə almalıdırlar, çünki payızda xəstəliyin kəskinləşməsi prosesi gedir. Həmçinin allergik xəstəliyi olan hər kəs diqqətli olmalıdır.

Payız vaxtı uşaqlar xəstələnməsin deyə, valideynlər yaydan etibarən immunitetin möhkəmlənməsi üçün zəruri tədbirlər görməlidir".

Son xəbərlər