Mojo.az Banner
17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Teymur Rəcəbovun komandası superfinal şansını itirdi

09.05.2020 15:14 2 606
Teymur Rəcəbovun komandası superfinal şansını itirdi
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı Onlayn Millətlər Kubokunda bu gün son iki tur keçiriləcək.

Şahmatçımızın yer aldığı “Dünyanın qalan hissəsi” komandası dünən Hindistana 1,5:2,5 (Teymur Vişvanatan Ananda uduzub) və ABŞ-a 1:3 hesabı ilə uduzub (bu turda Teymura istirahət verilib).

Dünya komandası bu gün IX turda Rusiya, X turda Avropa yığması ilə qarşılaşacaq. Teymurun bu gün müvafiq olaraq Yan Nepomnyaşi və Maksim Vaşye-Laqravla qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, Teymur Rəcəbovun cəmi iki xala malik olan komandasının sabah keçiriləcək superfinala vəsiqə qazanmayacağı dəqiqləşib. Onun komandası bu gün iki qələbə qazanmaqla yalnız turnir cədvəlinin sonuncu pilləsindən qurtula bilər.

15 xalı olan Çin yığmasının superfinala vəsiqəsi təmin olunub. Asiyalıların rəqibi isə ABŞ və ya Avropa yığması ola bilər. Avropa komandası ABŞ-dan bir xal geridədir. Bu gün IX turda ABŞ – Avropa qarşılaşması məhz bu baxımdan maraq doğurur.скачать dle 11.3
Mojo.az Banner