Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropadan Türkiyəyə 1 milyon cəsəd torbası sifarişi gəldi - Video

08.05.2020 18:42 1 338
Avropadan Türkiyəyə 1 milyon cəsəd torbası sifarişi gəldi - Video
Koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkələrin iqtisadiyyatında çökmələr baş versə də, bir çox iş adamları yaranmış vəziyyəti düzgün qiymətləndirərək bu dönəmdə sürətlə inkişafa doğru getdi.

Türkiyənin Tokat şəhərində fəaliyyət göstərən tekstil fabriki indi Avropadan gələn sifarişləri yerinə yetirmək üçün cəsəd torbaları tikir. İtaliya, İngiltərə və Fransadan ümumilikdə bir milyon cəsəd torbası sifarişi alan fabrik verilən tələbi qarşılamaq üçün gecə-gündüz çalışır.

2014-cü ildə köynək tikmək üçün yaradılmış bu fabrik ayda 70 min ədəd məhsul istehsal edərək İspaniya, Almaniya, Belçika və Yaponiyaya satırdı.Bu il mart ayının 11-dən etibarən fabrik profilini dəyişərək xaricdən gələn tələbləri qarşılamaq üçün ancaq cəsəd torbalarının tikişi ilə məşğul olur.

Gündə 6 000 cəsəd torbası istehsal edən fabrikin bir bölümü də tibb işçiləri üçün tulum və maska istehsalı ilə məşğuldur.Fabrikdə sosial məsafə qaydalarına əməl edilir, işçilər işə yalnız maska ilə buraxılırlar.

Son xəbərlər