Mojo.az Banner
12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir müəssisə yerli uşaq bezi istehsal edəcək

31.05.2021 21:40 831
Azərbaycanda daha bir müəssisə yerli uşaq bezi istehsal edəcək
“Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsində uşaq bezi istehsalına başlanılacaq".

Bu barədə “Report”a şirkətin rəhbəri Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, müəssisədə istehsal davam edir: “Lakin biz maska istehsalı ilə yanaşı digər istehsal sahəsinə keçmək istəyirik. Müəssisədə olan 4 istehsal xəttindən iki xətt uşaq bezi üzrə istehsal sahəsinə keçiriləcək”.

S.Babayeva qeyd edib ki, son bir ayda müəssisədə 3 milyon 200 min maska istehsal edilib: “Hazırda ehtiyatda 5 milyon ədəd tibbi maskamız var. Həmçinin, 10 milyon ədəd tibbi maska üçün xammalımız var. Satışımız kəskin azalıb. Ümid edirik ki, metronun açılması ilə müəyyən qədər satışlarımız artar. Lakin tibbi maska strateji məhsul olduğuna görə biz burda mənfəəti düşünmürük. Əsas hədəfimiz təlabatı ödəməkdir”.

O əlavə edib ki, müəssisədə antibakterial tibbi maskalar istehsal olunur, onların satış qiyməti 8- 12 qəpik arasıdır.

Xatırladaq ki, müəssisə 2020-ci ilin aprelin 6-da açılıb. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Pandemiya başlanandan bu ilin aprelinə qədər 38,6 milyondan çox tibbi maska istehsal olunub.скачать dle 11.3
Mojo.az Banner