Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Yolun əks istiqaməti ilə gedən YPX avtomobili qəza şəraiti yaradıb? - AÇIQLAMA

05.05.2020 14:35 1 955
Yolun əks istiqaməti ilə gedən YPX avtomobili qəza şəraiti yaradıb? - AÇIQLAMA
Yol polisinin yol hərəkəti qaydalarını pozduğuna dair video müzakirələrə səbəb olub.

Videogörüntülər sosial şəbəkələrdə yayılıb. Vətəndaşın iddiasına görə, Yol Patrul Xidməti (YPX) avtomobili Qazax-Bakı avtomobil yolunun 267-ci km-də, magistral yolun Ucar rayonu yaxınlığından keçən hissəsində qayda pozuntusuna yol verib. Yolun əks istiqaməti ilə irəliləyən YPX avtomobilinin digər hərəkət iştirakçılarına təhlükə törətdiyi iddia olunur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bəzi müstəsna hallarda operativ nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarından kənara çıxmasına icazə verilir:

“Görüntülərdə hadisənin nə zaman lentə alındığı bilinmir. Ola bilər ki, həmin an yaxınlıqdakı ərazidə yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu zaman YPX avtomobili yolun əks istiqaməti ilə hadisə yerinə vaxtında çatmağa çalışa bilər. Bilirsiniz ki, operativ nəqliyyat vasitələrinin sayrışan işıqları bir neçə rejimdə istifadə edilir.

Konkret olaraq sayrışan işıqların hansı rejimdə olduğu görünmür. Lakin dediyim kimi, qəza baş verən zaman hadisə yerinə gedən YPX avtomobilləri nəqliyyat vasitəsinin ön hissəsində olan sayrışan işıqları yandıraraq hərəkət edir. Burada yolun əks istiqamətində hərəkət edən YPX avtomobilinin sürətindən də bəllidir ki, əməkdaşlar hansısa yol nəqliyyat hadisəsi ilə bağlı məcburiyyət qarşısında o istiqamətdə gedir”.


//oxu.az

Son xəbərlər