Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Quba yolunda ağır qəza: Polislər yaralandı - VİDEO

17.02.2020 14:25 6 200
Bakı-Quba yolunda ağır qəza: Polislər yaralandı - VİDEO
Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında Bakı-Quba yolunda qeydə alınıb.

İlkin məlumata görə, qəzaya səbəb qoşqulu yük maşınının yolun hərəkət istiqamətində dayanması olub.

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya səbəb sərxoş sürücünün idarəetməni itirməsi olub:

“Qəza dünən Bakı-Quba yolunun 92-ci kilometrliyində qeydə alınıb. Fotoda gördüyünüz qoşqulu yük maşını nasazlıq səbəbindən yolun hərəkət istiqamətində dayanıb. Yol Patrul Xidmətinin (YPX) avtomobili isə yük maşınının arxasında dayanıb mayakları yandırmaqla, digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çalışıb.

Ərazidən keçən 10 GX 464 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin sürücüsü sərxoş vəziyyətdə olduğundan idarəetməni itirib və YPX avtomobilinə çırpılıb. Qəza nəticəsində YPX avtomobilində xidmət aparan 2 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
/oxu.az/




Son xəbərlər