22:50 “Üstünlük bəlkə də rəqib tərəfdədir” - Qurban Qurbanov  |     22:41 "Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB  |     22:30 Bu tarixdən etibarən ölkədə heyvan bazarları bağlanır  |     22:22 Türkiyə-Azərbaycan Universitetinin iki illik fəaliyyətinə dair hesabat təqdim edilib  |     22:17 Ərdoğan Körfəz ölkələrinə səfər edəcək  |     22:10 Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub  |     22:03 Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO  |     21:56 Hazırlığa apardığı məktəbliyə qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi  |     21:48 Naxçıvanda minlərlə turist öz evində qalıb - QƏRİBƏ STATİSTİKA  |     21:37 Bakıda iş adamı narkotiklə SAXLANILDI  |     21:22 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:14 Füzulidə körpə ölü doğulub  |     21:06 “Mənə qalan qızım oldu...” - Xalq artisti  |     20:55 Zakir Həsənov Özbəkistana getdi  |     20:48 Xolesterin səviyyəsini aşağı salmağa kömək edən 12 qida  |     20:40 Ətin bişirilmə temperaturu virusların məhv olmasını təmin edir  |     20:33 Metronun bu stansiyasında interval 5 dəqiqə azaldıldı  |     20:28 Epizootik vəziyyət nəzarətdə saxlanılır  |     20:20 Bakıda taksi sürücüsü qarət edildi  |     20:12 Sabaha olan hava proqnozu  |    

Otellər və turizm obyektləri bu qaydalarla fəaliyyət göstərəcək - RƏSMİ

Pandemiya dövründə turizm və otelçilik sektorunda koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib.

Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd turizm, otelçilik sektoru işçilərinin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Qaydalarda bildirilir:

Qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.

- Xəstə insan digər şəxslərdən ən azı iki metr məsafədə olmalıdır;

- Eyni mühiti başqa bir insan(lar) ilə bölüşmək məcburiyyətində qaldıqda, tibbi maska taxmalıdır;

- Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi oteldə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı iki metr məsafəni saxlamalı və tibbi maska taxmalıdır. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xüsusilə, yaşı 65-dən yuxarı və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə mümkünsə eyni otaqda olmamalı və ya təmas riski minimuma endirilməlidir;

- Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir;

- Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (Natrium hipo-xlorid);

- Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi əşyalarından ortaq istifadə etməməlidir. İstifadə etməli olduqda isə bu əşyalar sabun və su ilə yuyulmalıdır;

- Otağı təmizləyən personal fərdi qoruyucu vasitələrdən istifadə etməlidir;

- Tullantıların idarə edilməsi qaydalarına ciddi riayət olunmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 153 02.05.20 17:37