Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Energetik içkilərdən həddindən artıq istifadə asılılıq yaradır

30.04.2020 23:21 3 103
Energetik içkilərdən həddindən artıq istifadə asılılıq yaradır
Son zamanlar yorğunluğu aradan qaldıran energetik içkilər daha çox satılır. Onun vurğunu olanlar da, ara-sıra dadına baxanlar da var. Bəziləri özlərini gümrah hiss etsələr də, bu içkilərin zərərinin fərqində olanlar da az deyil.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov enerji içkilərindən həddindən artıq istifadənin asılılıq yaratdığını bildirib: "Enerji içkilərinin tərkibində kofein bir stəkan kofedə olandan daha artıqdır. Kofeinin tərkibi yüksəkdir, onda şəkərin səviyyəsi də yüksək olur. Enerji içkilərinin içinə performansı artıran maddələr əlavə olunduğu üçün asılılıq yaradır. Böyrək çatışmazlığı, diabet xəstələrinin və yaşı 18-dən az olanların və hamilə qadınların ondan istifadə etməyi məsləhət deyil".

Yorğunluğu aradan qaldırmaq, itirilmiş enerjini bərpa etmək üçün belə içkilərə üstünlük verilir. Həmin içkilərin qəbulu zamanı orqanizmdə baş verənlər haqqında isə həkim bunları deyib: "Enerji içkilərinin tərkibində kofein çox olduğuna görə əvvəlcə yorğunluq hissini azaltdığı, motivasiyanı yüksəltdiyi, yuxusuzluğu aradan qaldırdığı təəssüratı yaradır. Bir müddət keçəndən sonra orqanizmdə kofeinin mənfi təsirləri özünü göstərir və yenidən yorğunluq hissi yaranır. Daha bir müddət sonra isə alışqanlıq yaranır. Bir butulka energetik içki içənlər özlərini gümrah hiss edirdilərsə, zaman keçdikcə qəbul edilən içkinin miqdarı artmağa başlayır. Artdıqca isə sinir sistemində problemlər yaranır".

Həkimin dediyinə görə, enerji içkilərinin əvəzinə immuniteti gücləndirən meyvə şirələri və su içmək daha məsləhətdir. Bununla da itirilmiş enerji bərpa olunur və yuxu rejimi qaydaya düşür.скачать dle 11.3
Mojo.az Banner