Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü  |     13:21 İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb  |     13:09 Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayanlar tutuldu  |     12:49 Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb  |     12:48 Günəşdə ikinci ən böyük partlayış baş verib  |     12:31 Ötən il Azərbaycanda övladlığa götürülən uşaqların sayında artım qeydə alınıb  |     12:29 BMT: "Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb"  |     12:27 Bakıda ƏMƏLİYYAT: Səkkiz nəfər 44 kiloqram narkotiklə ələ keçdi - Video  |     12:25 Nənəsinin evində əxlaqsızlıq yuvası təşkil edən qadınla bağlı QƏRAR  |     12:23 "Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı CİNAYƏT İŞİ açılıb  |     12:22 Xidmətdən boyun qaçıran erməni hərbçi özünə güllə xəsarəti yetirib  |     12:21 "Bitcoin"in qiyməti iyulun əvvəlindən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb  |     12:16 Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir - İDDİA (Video)  |     12:10 Arzu Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib - FOTO  |     11:53 Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib - FOTO  |     11:51 Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib  |     11:49 Rusiyada bloqer Arsen Markaryan həbs edildi  |     11:27 Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər  |     11:18 Azərbaycanda ailənin üçüncü uşaq itkisi - 11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı  |     23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |    

Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ

2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub.

COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli, 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb.

COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a daxil olan məlumatda bildirilir.

Beləliklə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən:

1) “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

- fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

- kitab satışı

- qəzet satışı

- dəftərxana mallarının satışı

- çap və surətçıxarma fəaliyyəti

- fotoatelye/fotostudiyalar

- fərdi mənzillərdə təmizlik xidmətləri

- dərzi xidmətləri

- kosmetika və ətriyyat satışı

- geyim satışı

- ayaqqabı və dəri məmulatlarının satışı

- qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

- mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri

- kompüter avadanlıqlarının satışı və təmiri

- elektronika və məişət texnikasının satışı

- mebel satışı

- avtomobil satışı

- kimyəvi məhsulların satışı

- gül və bitki məhsullarının satışı

- kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

- gübrə və aqrokimyəvi məhsulların satışı

Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 353 24.04.20 16:55