Mojo.az Banner
18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan milli komandalarının oyunları ləğv olunub

23.04.2020 23:40 1 940
Azərbaycan milli komandalarının oyunları ləğv olunub
Voleybol üzrə kişi və qadınlar arasında Avropa Liqasının oyunları ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib.

Buna koronavirus pandemiyası səbəb olub. Qurum rəhbərliyi bu gün təşkil olunan videotoplantıda həm Qızıl, həm Gümüş liqalarda 2020-ci il mövsümünün oyunlarının keçirilməməsini məqsədəuyğun sayıb.

Mayın sonu və iyunda baş tutmalı olan turnirlərdə Azərbaycan milli komandaları da mübarizə aparmalı idi. Qadınlar Qızıl Liqada, kişilər Gümüş Liqada qüvvəsini sınayacaqdı. Lakin komandalarımız turnir ləğv olunduğu üçün heç bir matç keçirə bilməyəcəklər.

CEV 2021-ci ildə keçiriləcək Avropa çempionatına seçmə turnirini də müzakirə edib. Burada Azərbaycan qadın yığması final mərhələsinə vəsiqə qazanıbsa, kişilər seçmə oyunlar keçirməlidir.

Qurum koronavirusla bağlı ev və səfər matçlarının keçirilməsinin çətinliyini nəzərə alaraq, hər seçmə qrupun bir şəhərdə münasibətlərini aydınlaşdırmasını daha düzgün hesab edir. Belə olarsa, gələn ilin yanvarına planlaşdırılan bu matçların meydan sahibləri sonradan müəyyənləşdiriləcək. Lakin bununla bağlı yekun qərar iyulun 1-də verilməlidir.

2020-ci ildə keçirilməli olan qızlardan ibarət U-19 və U-17, oğlanlardan ibarət U-20 və U-18-lər arasında Avropa çempionatlarının seçmə oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Həmçinin, CEV bu çempionatların final mərhələlərinin ev sahibləri danışıqlar aparıb, yarışı qəbul etmək iqtidarında olmasına aydınlıq gətirəcək, əks halda isə digər variantlar axtaracaq.

Qeyd edək ki, CEV avrokubokların, o cümlədən Çempionlar Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünü ləğvinə də qərar verib. Mövsüm başa çatmasa da, avrokuboklarda çıxış edən komandalar gözlənilən mükafat fondunu 80 faizdən artığını alacaq. Həmçinin 2020/21 mövsümünün mükafat fondu təsdiqlənib və klublara qarşıdakı il üçün dəstək göstərilməsi qərara alınıb.скачать dle 11.3
Mojo.az Banner