Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:45 Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto | 18:29 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi | 18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:18 30 həşəratın gömrük dəyəri 22,7 min manatdır: Azərbaycana milyonlarla canlı niyə gətirilir? | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan XİN Gürcüstana təşəkkür edib - FOTO

16.04.2020 23:17 1 520
Azərbaycan XİN Gürcüstana təşəkkür edib - FOTO
Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Tbilisi teleqülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə əlaqədar "Twitter" hesabında paylaşım edib.

APA-nın yerli bürosu xəbər verir ki, XİN başçısı paylaşımında ölkəsinin koronavirusla mübarizədə Azərbaycanla həmrəy olduğunu və dəstəklədiyini qeyd edib.

“Tbilisi teleqülləsi ümid, dəstək və həmrəylik mesajı olaraq COVID-19 pandemiyasından zərbə almış Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb. Biz hamımız eyni gəmidəyik. Biz birlikdə qalib gələcəyik”, - deyə paylaşımda bildirilib.

Azərbaycan XİN isə Tbilisiyə həmrəylik mesajına görə təşəkkür edib. Nazirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda həmrəylik mesajına görə Gürcüstana təşəkkür edilib.

“Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan”, - deyə paylaşımda qeyd edilib.

Son xəbərlər