Mojo.az Banner
19:03 Makron bahalaşan benzin qiymətlərindən danışdı  |     18:45 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət  |     18:37 Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"  |     17:06 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular  |     16:40 Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı  |     16:24 Bakıda 12 gün komada qalan körpə xilas olundu  |     16:15 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar  |     16:13 Qızıl yenidən bahalaşdı  |     16:12 Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”  |     15:37 Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB  |     15:20 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub  |     15:18 Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı  |     15:11 Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI  |     15:09 Könül Həmzəyeva məhkəmədə: "Maşınımı 50 min dollara satıb pulunu götürdü"  |     15:07 Faiq Ağayev: Canlı səsi heç bir süni intellekt əvəz edə bilməz  |     15:04 Nəcməddin Sadıkova 21 min manatlıq stəkan alan polkovnikin məhkəməsi başladı  |     13:06 Azərbaycan millisinin heyəti açıqlanıb  |     13:04 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür  |     13:02 Tbilisinin uşaq bağçalarında kütləvi zəhərlənmə  |     13:00 DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs həbs olundu - RƏSMİ

14.04.2020 19:35 1 201
Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs həbs olundu - RƏSMİ
Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini Polis Şöbəsinə gətirilib.

Bunu açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib.

E.Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir:

“Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ.Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, inzibati qaydada məhkəmənin qərarı ilə 10 sutka həbs edilib”.скачать dle 11.3
Mojo.az Banner