Mojo.az Banner
17:06 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular  |     16:40 Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı  |     16:24 Bakıda 12 gün komada qalan körpə xilas olundu  |     16:15 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar  |     16:13 Qızıl yenidən bahalaşdı  |     16:12 Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”  |     15:37 Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB  |     15:20 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub  |     15:18 Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı  |     15:11 Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI  |     15:09 Könül Həmzəyeva məhkəmədə: "Maşınımı 50 min dollara satıb pulunu götürdü"  |     15:07 Faiq Ağayev: Canlı səsi heç bir süni intellekt əvəz edə bilməz  |     15:04 Nəcməddin Sadıkova 21 min manatlıq stəkan alan polkovnikin məhkəməsi başladı  |     13:06 Azərbaycan millisinin heyəti açıqlanıb  |     13:04 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür  |     13:02 Tbilisinin uşaq bağçalarında kütləvi zəhərlənmə  |     13:00 DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO  |     12:53 “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”  |     12:52 Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı  |     12:51 Novxanıda içməli su küçəyə axır - Sakinlərdən şikayət - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”

18.09.2026 16:12 102
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Kartla ödənişlərə tətbiq olunan yeni limitlərə baxmayaraq, bəzi obyektlərdə kartdan-karta ödəniş üsulundan istifadə hələ də davam edir. Belə hallarda bəzi şəxslər bir neçə bank kartından yararlanır, digərləri isə ödənişləri m10 platforması üzərindən qəbul edir. Bu isə nağdsız ödənişlərlə bağlı tətbiq olunan qaydaların praktikada necə icra olunması məsələsini gündəmə gətirir. Nəticədə kartdan-karta ödənişlərin qarşısının alınması ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, müxtəlif alternativ üsullardan istifadə halları gündəmdə qalır.

Median.Az
xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, belə qadağalar tətbiq etməkdənsə, sahibkara üzərinə düşən öhdəlikləri könüllü şəkildə icra etməsi üçün şərait yaradılmalıdır:

"Hansı sahə olmasından asılı olmayaraq, nə qədər qadağa qoyulursa, bir o qədər də qeyri-qanuni alternativ yollar tapılmağa çalışılır. Düşünürəm ki, bu kimi qadağalar tətbiq etməkdənsə, sahibkara şərait yaradılmalıdır ki, o, üzərinə düşən öhdəlikləri könüllü şəkildə icra etsin. Təbii ki, bu, qanunvericiliyin tələblərinin pozulması demək deyil. Bununla yanaşı, sıx monitorinq və ciddi cəzalar tətbiq edilməlidir. Məsələn, elə alış-veriş mərkəzləri var ki, açıq şəkildə deyirlər: "Xalçanın ödənişini karta göndər”. POS-terminal istədikdə isə "işləmir”, "xarabdır”, "batareyası bitib” və s. kimi bəhanələr gətirilir. Bu kimi bəhanələr təkcə bir müştəriyə deyilmir. Gün ərzində mağazaya gələn yüzlərlə müştəri məcbur edilir ki, ya başqa karta ödəniş göndərsin, ya da bankomatdan pul çıxarıb nağd şəkildə gətirsin”.

O qeyd edib ki, bütün mağazalara kameralar yerləşdirilsin:

"Bu kimi neqativ halların qarşısının alınması əslində çox sadədir. İlk növbədə, bütün mağazalar kamera sistemi ilə təchiz edilməli və ödənişin həyata keçirildiyi, kassa hissəsinin görsənəcəyi şəkildə yerləşdirilməlidir. İstənilən zaman vergi məmuru həmin görüntüləri asanlıqla uzaqdan izləyə bilməlidir. İkinci məsələ isə ondan ibarətdir ki, əsassız, şikayət olmadan sahibkarı narahat edəcək yoxlamalar, başqa sözlə desək, "insan müdaxiləsi olmadan” yoxlama sistemi tətbiq olunmalıdır”.

"Ən vacib məsələ isə odur ki, hər hansı sərt islahatla bağlı qərar verilir, lakin yoxlama və nəzarət mexanizmləri kifayət qədər təmin edilmir. Bu da istehlakçı hüquqlarının pozulması ilə yanaşı, qeyri-qanuni ticarət mühitinin yaranmasına şərait yaradır.

Milli mentalitetdən və ya istehlakçının insafından sui-istifadə edən hər bir sahibkar ciddi şəkildə cəzalandırılmadığı müddətdə qeyri-neft sektorunun inkişafı istənilən səviyyədə təmin edilə bilməz”,-deyə ekspert qeyd edib.скачать dle 11.3
Mojo.az Banner