Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 12 gün komada qalan körpə xilas olundu

18.09.2026 16:24 339
Bakıda 12 gün komada qalan körpə xilas olundu
16.06.2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda avqustun 31-də Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub.

Median.Az
xəbər verir ki, TƏBİB-dən lent.az-a bildirilib ki, hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ağır tənəffüs çatışmazlığı müşahidə edilib. Körpə süni tənəffüs cihazına qoşulub və ona ağır parametrlərdə tənəffüs dəstəyi göstərilib.

Uğurla tamamlanan reanimasiya tədbirlərindən sonra həkimlərin uzunmüddətli intensiv müalicəsi, fasiləsiz tibbi müşahidə və peşəkar yanaşması nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub.

Müalicə nəticəsində vəziyyəti stabilləşən körpə 12 sentyabr 2026-cı il tarixində evə buraxılıb.

Son xəbərlər