Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Faiq Ağayev: Canlı səsi heç bir süni intellekt əvəz edə bilməz

18.09.2026 15:07 768
Faiq Ağayev: Canlı səsi heç bir süni intellekt əvəz edə bilməz
18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan professional musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli Musiqi Günü Azərbaycan musiqisinin keçdiyi zəngin yolu, onun klassik irsini və müasir inkişafını bir daha gündəmə gətirir. Lakin sürətlə dəyişən dünyada musiqinin özü də yeni mərhələyə qədəm qoyur. Bu gün artıq süni intellekt vasitəsilə bəstələnən, aranjiman edilən və hətta insan səsinə bənzər şəkildə ifa olunan musiqiləri də dinləyirik. Texnologiyanın musiqiyə bu qədər sürətlə daxil olması milli musiqimizin gələcəyi ilə bağlı müəyyən suallar yaradır.

Bəs bu gün Azərbaycan musiqisinin vəziyyəti necədir və onu gələcəyin texnologiyalarından qorumaq, yoxsa həmin imkanlardan istifadə etməklə daha da inkişaf etdirmək lazımdır? Azərbaycan musiqisi müasir texnologiyalarla ayaqlaşaraq öz milli ruhunu qoruyub saxlaya biləcəkmi? Yoxsa sürətlə dəyişən zövqlər və rəqəmsal musiqi axını zamanla milli musiqi nümunələrini arxa plana keçirəcək?

Bu barədə Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın estrada müğənnisi Faiq Ağayev Median.Az-a açıqlama verib.
Sənətçi milli musiqilərdən həmişə razı olduğunu bildirib:

“Razı olmamaq o musiqinin təqdimatından olar. Müxtəlif zamanlarda, tək bu gün yox, ifaçılardan narazılıq ola bilər, amma milli musiqidən yox. İş ondadır ki, mənim təmsil etdiyim janrdan çox razıyam. Hərə öz janrı haqqında danışsa, məsələn, xanəndələr milli musiqidən, aşıqlar aşıq musiqisindən, mən isə estrada-pop musiqisindən danışsam, onda düzgün olar. O baxımdan, janrımla bağlı, maşallah, vəziyyət çox gözəldir”.
Xalq artisti süni intellektin müğənniləri əvəz edə biləcəyinə inanmadığını deyib:

“Süni intellekt aranjimanda, mahnı yazılışında kömək edə bilər. Bu məsələdə ən çox təhlükəni bəstəkarlar və aranjimançılar görə bilər. Amma müğənniləri yox. Çünki canlı səsi heç bir süni intellekt əvəz edə bilməz”.

Aysel Muxtar

Son xəbərlər