Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Könül Həmzəyeva məhkəmədə: "Maşınımı 50 min dollara satıb pulunu götürdü"

18.09.2026 15:09 315
Könül Həmzəyeva məhkəmədə:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə məşhur salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, məhkəmə işi zərərçəkən qismində tanınan Könül Həmzəyevanın ifadəsi ilə davam edib:

"Bu adamı (təqsirləndirilən Röyal Masiyevə işarə edir) rəfiqəm Çinarə vasitəsilə tanıdım. Özünü inanclı, imanlı şəxs kimi göstərirdi, statuslarında tez-tez ziyarətgahlardan foto və videolar paylaşırdı. Getdikcə məndə ona qarşı inam və etibar yaranırdı. Sonra şəxsi münasibətlərimiz yarandı. Bir dəfə gəlib mənə dedi ki, maşınında ciddi nasazlıq var, ona görə pula ehtiyacı var. Mənim "Range Rover" markalı maşınımı 50 min dollara satıb pulunu götürdü.

Məni inandırdı ki, dostunun rəhbəri olduğu "Amazon" şirkəti məşhur iş adamı Qod Nissanov üçün villalar tikir, oradan ona yüklü pay məbləği çatacaq, borcunu elə ödəyəcək. Bir dəfə gəldi ki, mən də salon istəyirəm. Dostunun ərazisi olan bir məkan tapdıq. Razılaşdıq ki, təmiri o edəcək, mən də salonu işlədəcəyəm. Bir gün mənə yazdı ki, dostu o işin batdığını deyərək, ona pul vermir. Mən məcbur qalıb salonu özüm təmir etdirdim, təmirə 100 min manatdan çox xərcim çıxdı.

Sonra məlum oldu ki, Röyal məndən aldığı pulu ustalara verməyib. Elektrik gəldi ki, pulumu verin, yoxsa gəlib kabelləri kəsəcəyəm. Mebel ustasına mebelin pulunu da artıq məbləğə demişdi. Bütün bu olanlardan sonra münasibətlərimiz pozuldu. Bundan sonra salona gəlib məni, əməkdaşları hədələyirdi ki, yer onun dostunundur, pulunu ver, çıx. Texniki işçilərdən biri onun tanışı idi, açar onda da var idi. Saat, vaxt bilmədən izinsiz salona müştəri gətirib, salonun satışa qoyulduğunu deyirdi. Mən bütün bunların hamısını sonradan kameralardan izləyib görürdüm. Dayana bilməyib oradan çıxdıq. Mənə dəymiş ziyandan cəmi 30 min manat ödəyib".

Növbəti proses oktyabrın 6-da saat 09:15-ə təyin olunub.

Xatırladaq ki, paytaxtda salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva Röyal Ələddin oğlu Masiyevə salonunun təmiri üçün pul verdiyini, amma sonra sözügedən şəxsin ona qarşı dələduzluq etdiyini bildirir.

Zərərçəkmiş iddia edir ki, qarşı tərəf ona 300 min 706 manat ödəməli olduğu halda bundan yayınır. K.Həmzəyeva R.Masiyev barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb. Röyal Masiyev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Son xəbərlər