Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |    
Mojo.az Avto
Mojo.az Avto

"Moskva" univermağında yarım milyonluq qızılı ələ keçirən əcnəbi qadına cəza istənildi

28.07.2026 15:37 474
Bakı Ağır Cinayətlər Məhkəməsində qızıl satışı adı ilə Azərbaycan vətəndaşlarına qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Guzal Mamatovanın 7 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 4 avqust saat 14:30-a təyin olunub.

Xatırladaq ki, Guzal Mamatova əvvəllər "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və ticarətçilər arasında tanınıb. Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılları Özbəkistanda satıb. Bu yolla yarım milyon manatadək dəyərində qızıl-zinət əşyalarını müştərilərdən alaraq pulunu mənimsəməkdə təqsirləndirilir.

Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
//lent.az

Son xəbərlər