Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" |
Mojo.az Avto
Mojo.az Avto

Sahibsiz heyvanlar karantin müddətində quduzlaşa bilər: Təhlükə qapıda - VİDEO

13.04.2020 17:36 2 839
Sahibsiz heyvanlar karantin müddətində quduzlaşa bilər: Təhlükə qapıda - VİDEO
Ölkədə karantin rejimi dövründə “evdə qal” çağırışına əsasən, insanlar evlərini tərk etməməyə üstünlük verdilər. Bu səssizlik sahibsiz heyvanların şəhər ərazisinə, küçələrə axışmasına səbəb olub.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Şəhər küçələrində karantin rejimindən əvvəlki və indiki vəziyyətə nəzər saldıqda, sahibsiz heyvanların sayında nəzərəçarpacaq dərəcədə çoxalma var.

Heyvanların əvvəllər qida mənbəyi rolunu oynayan kafe və restoranlar da bağlanıb. Bu da onların ac qalmasına səbəb olur. Nəticədə, hər bir sahibsiz heyvan potensial təhlükə mənbəyinə çevrilir.

Ekspertlər bildirirlər ki, heyvanların sayının artması bu dövr üçün normaldır. Ancaq mövcud rejimdə peyvənd işlərinin aparılması da vacibdir ki, təhlükə doğuracaq hallar ortaya çıxmasın.

Ümumi mənzərə isə onu göstərir ki, müəyyən müddət hər kəs özünü virusla yanaşı, sahibsiz heyvanlardan da qorusa, yaxşı olar. Çünki diqqətsizlik acı nəticə verə bilər. Xüsusilə, sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdən, qaranlıq dalanlardan keçərkən ehtiyatlı olmaq, uşaqları isə, ümumiyyətlə, belə yerlərdə tək buraxmamaq lazımdır.

Son xəbərlər