Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Agentliyindən xəbərdarlıq: Bu şəxslərin icazəsi ləğv edilsin!

08.04.2020 21:53 1 053
Dövlət Agentliyindən xəbərdarlıq: Bu şəxslərin icazəsi ləğv edilsin!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

Dövlət Agentliyindən daxil olan məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.

"Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir”, - deyə məlumatda qeyd olunub.//qaynarinfo.azскачать dle 11.3
Mojo.az Banner