Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq |
Mojo.az Avto
Mojo.az Avto

Hansı hava koronavirusa mənfi təsir edir?

04.04.2020 22:43 1 777
Hansı hava koronavirusa mənfi təsir edir?
Havanın koronavirusa təsiri növbəti dəfə araşdırılıb.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın məşhur Yel Universitetinin alimləri bununla bağlı gəmiricilər üzərində tədqiqat aparıblar. Məlum olub ki, rütubətli hava koronavirusa mənfi təsir edir. Nisbi hava rütubəti 40-60 faiz arasında olduqda SARS-CoV-2 virusunun xəstədən sağlam adama keçməsi halları azalır. Məlum olub ki, gəmiricilər virus hissəciklərini daha çox aşağı rütubət şəraitində sağlam qonşularına ötürürlər.

Alimlər qeyd edirlər ki, quru hava otaqda virusun hərəkətini əhəmiyyətli dərəcədə asanlaşdırır, həmçinin tənəffüs yollarının virus hissəciklərini kənarlaşdırmaq imkanını azaldır. Bundan əlavə, immunitet sisteminin patogenlərə reaksiya qabiliyyəti daha quru şəraitdə azalır.

Bununla yanaşı, mütəxəssislər göstərir ki, tropik iqlim şəraiti, yəni həddən artıq rütubət virusun yayılması üçün əlverişli mühit yaradır, çünki virus hissəciklərinin səthlərə tez çökməsinə imkan verir.

Tədqiqatçılar otaqlarda hava nəmləndiricilərindən istifadə etməyi və 50 faizlik nəmlik saxlamağı məsləhət görürlər.
Eyni zamanda, alimllər bildirir ki, bu ehtiyat tədbiri virusun hava yolu ilə ötürülmə risklərini azaltmağa kömək edir, lakin damcı yolu ilə keçməyə əngəl törətmədiyi üçün əlləri yumaq və səthləri dezinfeksiya etmək lazımdır.

Son xəbərlər