Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA-dan pomidorda yayılan virusla bağlı AÇIQLAMA

06.08.2021 13:47 924
AQTA-dan pomidorda yayılan virusla bağlı AÇIQLAMA
Pepino mozaik virusuna yoluxmuş bitkilərin yarpaqları, kökləri və meyvələri yüksək konsentrasiyada virus daşıya bilər.

Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin virusun yayılma yolları barədə təqdim etdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, virus olduqca stabildir və fərqli şəraitdə uzun müddət yoluxma qabiliyyətini qoruyub saxlaya bilir. Quru bitki materialında üç ay qala bilir. Köklərdən çıxan virus hissəciklərinin torpağa və ya drenaj suyuna qarışması ehtimalı yüksəkdir. Virus geyimdə ən azı 14 gün yoluxuculuq qabiliyyətini saxlayır.

Daha çox pomidorda rast gəlinməsi və simptomların kəskin nəzərə çarpması ilə əlaqədar hazırda virusun əsas sahib bitkisi pomidor hesab edilir. Lakin badımcan və adi reyhan bitkilərində də virusun əlamətləri müşahidə edilir. Bununla yanaşı, son illərdə, xüsusən, Avropada virusun yayılma arealı genişləndikcə sahib bitkilərin də sayı artır. Bibər, sarımsaq və lobya bitkiləri mexaniki sirayətlənsə də, onlar virusun əsas sirayətlənən bitkisi hesab edilmir.

Virus sirayətlənmiş bitkidən sağlam bitkiyə mexaniki və təmas yolu ilə yayıldığından şitil təsərrüfatında əhəmiyyətli itkilərə səbəb olur. Simptomlar hər zaman aydın nəzərə çarpmadığından, virusun tez və gizli şəkildə yayılma təhlükəsi var. Virusun bitkilərin meyvələrində yaratdığı simptomlar səbəbindən məhsul istehlak dəyərini itirir.скачать dle 11.3
Mojo.az Banner