Mojo.az Banner
Son Xəbərlər
16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş infeksionist: Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA

23.01.2020 15:14 3 866
Baş infeksionist: Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Çində yayılan virusun Azərbaycana da keçmə riski istisna edilmir. İnsanlar özlərini qorumalıdırlar.

Bu sözləri Oxu.Az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev son günlər Çində insanların ölümü ilə nəticələnən təhlükəli virusun ölkəmizdə yayılma ehtimalına münasibət bildirərkən deyib.

O bildirib ki, Çinlə olan ticarət əlaqələrini nəzərə alsaq, “Korono” virusunun Azərbaycana da keçməsi istisna deyil. O, virusun insana iki yolla yoluxa bildiyini vurğulayıb:

“Ümumiyyətlə, viruslar gigiyena qaydalarına nəzarət edilməyən hallarda yayılmağa başlayır. İnsanlar mütləq şəkildə gigiyena qaydalarına riayət etməlidirlər. Virusların böyük əksəriyyəti, eləcə də, koronoviruslar dezinfeksiyaedicilərə qarşı həssasdır.

Bu gün Çində bu virusa yoluxan insanların sayı çox olsa da, son məlumatlara görə 9 nəfərə yaxın insan ölüb. Bu virusun 35-dən çox növü var. Son zamanlar yayılan bu virus da koronoviruslara daxildir.

Virus iki yolla - hava-damcı və təmasla (ərzaq məhsulları, heyvanlar və s.) əllərə toxunması ilə yoluxur. Daha riskli olan hava-damcı yolu ilə yoluxmasıdır. Bu zaman tənəffüs yolları xəstəlikləri yaranır ki, bu da xüsusilə ağciyər çatışmazlığına səbəb olaraq ölümlə nəticələnə bilir”.

Baş infeksionist bildirib ki, bu gün böyük ajiotaj yaradan “Korona” virusu 1965-ci ildə müəyyən edilib:

“Bu virus 2019-nCoV koronaviruslara aid edilib. Doğrudur, bu virusun gedişatı kifayət qədər ağırdır. Lakin hələ ki, bu virusla yoluxma səbəbindən ölüm halları faiz etibarı ilə azdır. Onu ciddi ölümcül virus kimi qəbul etmək düzgün deyil. Koronovirusların bəzi növləri o qədər də kəskin şəkildə keçmir.

Resperator xəstəlik kimi dəyərləndirsək,əsasən zökəm əlamətləri ilə özünü biruzə verə bilir. Çox hallarda tez sağalır və problemsiz ötüşür. Bu viruslar xarici təsirə çox davamsızdırlar. Sadəcə, bu xəstəliyin kəskin şəkildə yayıldığı yerlərə gedən insanlar gigiyenik qaydalara ciddi şəkildə əməl etməlidirlər”.

C.İsayev onu da əlavə edib ki, Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər planı hazırlayıb:

“Bu xəstəliyə yoluxan insanlar aşkarlanmayıb. Elə bir hal olarsa, həmin insanlar xüsusi nəzarətdə saxlanılmalıdır. Azərbaycanda insanlar istənilən halda özlərini qorumalıdırlar. İnsanların sıx toplaşdığı məkanlardan mümkün qədər uzaq olsunlar.

Maskalardan istifadə etsinlər. Əllərini tez-tez dizenfeksiya edib, təmiz saxlasınlar. Özlərini narahat hiss etdikləri zaman isə həkimə müraciət etsinlər. Yoluxmanın qarşısı zamanında alınarsa, təhlükə də az olar, əks təqdirdə ciddi fəsadlara yol aça bilər”.

Son xəbərlər