Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020 22:52 1 701
Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi
Azərbaycanda Çindən saytlar vasitəsilə müxtəlif mallar alan insanların sayı getdikcə artır. Lakin koronavirus təhlükəsi yaranandan insanları düşündürən ən əsas məsələlərdən biri ölümə səbəb olan bu təhlükəli virusun onlara Çindən göndərilən bağlamalar, konteynerlərlə keçə bilib-bilməməsidir.

Median.Az
Trend-ə istinadən bildirir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayevin dediyinə görə, koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsi mümkün deyil.

Onun sözlərinə görə, bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər:

"Xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə edildikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçməsi isə mümkünsüzdür".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da bildirib ki, koronavirus insana məktub, bağlama, konteynerdən ötürülmür.

Onun sözlərinə görə, koronavirus yeni meydana çıxan zamanlarda onun heyvanlardan insana keçdiyi bildirilirdi:

"Ancaq indiyə qədər onun hansı heyvandan keçdiyi bilinmir. İndi vacib olan məsələ budur ki, bu virus insandan insana ötürülür. Ona görə də gördüyümüz əsas iş sanitar-gigiyena qaydalarına əməl etməklə özümüzü qorumaq olmalıdır".

H.Harmancı qeyd edib ki, insandan insana keçməklə yayılan koronavirusun hazırda müalicəsi və ona qarşı istifadə edilə bilən dərmanı yoxdur.

Koronavirusun əlamətlərinin qripə bənzədiyini deyən H.Harmancı əlavə edib ki, bəzi şəxslərdə bu virusun əlamətləri daha ağır formada özünü göstərir.

Onun sözlərinə görə, bu virusa yoluxma zamanı antibiotikdən yalnız xəstəxana şəraitində xəstənin vəziyyəti ağırlaşdıqda istifadə edilə bilər.

H.Harmançı insanlara koronavirusla bağlı informasiyaları etibarlı mənbələrdən almağı da tövsiyə edib.

O bildirib ki, insanlar rəsmi dövlət orqanlarının məlumatlarına inanmalıdırlar. Bundan başqa, gündəlik olaraq, ÜST-nin saytından da bu barədə məlumat əldə etmək mümkündür.

Xatırladaq ki, Çində koronavirusla yoluxma hallarının sayı 72,436 nəfər təşkil edib, onlardan 1868 nəfər ölüb, 12,552 nəfər xəstəxanalardan evə buraxılıb.скачать dle 11.3

Son xəbərlər