Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə yaşı 20-dən az olanlara evdən çıxmaq qadağan edildi

04.04.2020 14:54 2 713
Türkiyədə yaşı 20-dən az olanlara evdən çıxmaq qadağan edildi
Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirib.

“Anadolu” agentliyi bildirir ki, yeni məhdudiyyətlər barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində məlumat verib.

“Beləliklə, Türkiyənin 30 böyük şəhərində və Zonquldak vilayətində nəqliyyatın hərəkəti 15 gün müddətinə dayandırılacaq və zərurət yarandıqda bu müddət uzadıla bilər”, - deyə Ərdoğan bildirib.

Bundan savayı, ölkənin yaşı 20-dən az olan sakinlərinə küçəyə çıxmaq qadağan edilib, ictimai yerlərdə isə vətəndaşlar mütləq tibbi maskalar taxmalıdırlar.

Ərdoğan qeyd edib ki, Türkiyə xəstəliyə hazırlıq səviyyəsinə görə bir çox inkişaf etmiş dövlətləri qabaqlayır. Ölkə özü lazımi miqdarda maska, test dəstləri istehsal edir, həmçinin kifayət qədər həkimi var.

Son xəbərlər