Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Fransaya virus kilsədən yayılıb

30.03.2020 20:50 1 627
Fransaya virus kilsədən yayılıb
Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusun keçən ay Müluz şəhərindəki Yevangelist kilsəsində keçirilən dini mərasimlər zamanı yayıldığını etiraf edib.

Veran “Le Journal du Dimanche” qəzetində ölkəyə təsir edən COVID-19-la bağlı açıqlama verib.

“Yoluxma nöqtəsi Müluzdakı Yevangelist kilsəsi olub. Epidemiya həqiqətən buradan ölkəyə yayılıb”, - deyən Veran hökumətin epidemiyanın səbəb olduğu böhranın idarə edilməsi ilə bağlı narahatlığını düşündüyünü bildirib.

O, ölkəsinin COVID-19-a qarşı tədbirlərdə gecikmədiyini qeyd edib.

“Le Monde” qəzeti virusun Avstriyaya da Yevangelist kilsəsindən yayıldığı barədə xəbər yazıb.

Vyanada yaşayan bir ailənin 17-21 fevral tarixlərində həmin kilsədə təşkil edilən mərasimlərə qatıldığı, fevralın 27-də Belçika vasitəsilə paytaxta qayıtdığı və virus testlərinin müsbət çıxdığı qeyd edilir.

Afrika ölkəsi olan Burkina-Fasoya da virusun bu vasitə ilə yayıldığı bildirilir. Virus mərasimlərdə iştirak edən ən az 1000 nəfərdə aşkar edilib. Bir çox şəhərdə keçirilən həmin ayinlərin ölkədə epidemiyanın yayılmasına səbəb olduğu qeyd edilir.

Son xəbərlər