Mojo.az Banner
12:46 Sevgilisi ilə birlikdə ərini öldürdü - Prokuror ağır cəza istədi (FOTO)  |     12:45 Kəlbəcərə daha 27 ailə yola salındı  |     12:43 Qərbi Kaspi Universitetində tələbələrdən pul istənilir? - Video  |     12:42 Aprel qələbəsindən 10 il ötür  |     12:33 Bakı-Sumqayıt yolunda kilometrlərlə uzanan sıxlıq yarandı - SƏBƏB  |     12:27 Məşhur rusiyalı repçi qəzada həlak oldu  |     12:23 Bakıda ər və arvad bıçaqlandılar - OĞULLARI SAXLANILDI (Yenilənib)  |     12:17 Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR  |     12:16 Overçuk: "Ermənistana yüklərin Azərbaycan və Gürcüstan ərazisindən göndərilməsi hər kəs üçün faydalıdır"  |     12:14 Balakəndə avtomobil aşdı: Xəsarət alanlar var  |     12:12 Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı  |     12:07 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı  |     11:35 Dövlətə xəyanətdə təqsirləndirilən Zahirəddin İbrahimovun məhkəməsi başlayıb  |     11:25 Trampın xalqa müraciətindən sonra neft kəskin bahalaşdı  |     11:16 Əli Əsədov Türkiyə və Özbəkistanı dünya çempionatına vəsiqə qazanmaları münasibəti ilə təbrik edib  |     23:01 Şəffaf telefon örtükləri niyə zamanla saralır və bulanıqlaşır?  |     22:45 Türkiyədə azərbaycanlı gənc öldürüldü  |     22:38 Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə  |     22:33 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:25 Baba nəvəsini yumruqladı: "Əsəblərimə hakim ola bilmədim"  |    
Left Banner
Right Banner

Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı

30.04.2020 22:50 2 159
Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı
Böyük Britaniyada uşaqlar arasında koronavirusla əlaqəli yayılan xəstəlik başqa ölkələrdə də müşahidə edilib.

Sondakika.com xəbər verir ki, ürəyə təsir edən iltihablaşma halları Fransa, ABŞ, İspaniya, İtaliya və İsveçrədə də yayılıb.

COVID-19-un yeniyetmə və uşaqlara təsir etmədiyinə dair səhv iddialardan sonra koronavirusla əlaqəli ola bilən və reanimasiyaya ehtiyacı olan yeni bir xəstəliklə bağlı həyəcan təbili çalınır.

Bu mövzuda ilk olaraq Böyük Britaniya Milli Sağlamlıq Sistemi (NHS) həkimlərə “Uşaqlar arasında COVID-19-la əlaqəli iltihablı sindrom və ya hələ nə olduğu təsbit edilə bilməyən yeni yoluxucu patoloji vəziyyətin aşkar edilməsi narahatlıq yaradır” xəbərdarlığı göndərib.

Fransanın Səhiyyə naziri Olivye Veran bu günə qədər ölkədə ürəyi ətrafında iltihab yığılan uşaqların sayının 15-ə çatdığını açıqlayıb.

O, hər yaş qrupundan olan 15 uşaqda qızdırma, həzm şikayətləri, damarlarda, bəzən də ürəyi qidalandıran damarlarda olan və ürəyin fəaliyyətinə maneə yaradan iltihablara görə ölüm hallarının baş vermədiyini deyib.

Veran bu halların koronavirusla əlaqəsini təsdiqləyən kifayət qədər dəlil olmadığını bildirib.

Britaniyada olduğu kimi, Fransada da iltihablı uşaqların bəzilərinin koronavirus testi müsbət, bəzilərinin isə mənfi olduğu qeyd edilir.

Veran Fransa və digər ölkələrin həkim və elm adamlarını diqqətli olmağa və mümkün qədər çox məlumat toplamağa çağırıb.

ABŞ-da altı aydan səkkiz yaşa qədər üç uşağın bu xəstəlikdən müalicə aldığı deyilir.

Xəstəliyi iri damarlarda və kapilyarlarda iltihaba səbəb olan Kavasaki xəstəliyi ilə müqayisə edirlər.

İlk dəfə 1967-ci ildə yapon pediatrı Tomisaku Kavasaki tərəfindən aşkar edilən xəstəlik əksər hallarda müalicədən bir neçə gün sonra ciddi problem olmadan sağalır, uşaqlara qalıcı zərər vermir. Bu xəstəliyə adətən təkrar yoluxma müşahidə edilmir.скачать dle 11.3
Mojo.az Banner