Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəki Profilaktiki Dezinfeksiya Şöbəsindəki acınacaqlı vəziyyət: “Hər kəs ehtiyat edir ki...” - FOTO

18.03.2020 19:22 1 225
Şəki Profilaktiki Dezinfeksiya Şöbəsindəki acınacaqlı vəziyyət: “Hər kəs ehtiyat edir ki...” - FOTO
Bu gün sosial şəbəkədə Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsinin pis vəziyyətdə olan binasının görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, iddiaya görə, bina artıq uzun illərdir ki, qəzalı vəziyyətdədir. Ölkə ərazisində mövcud vəziyyəti nəzərə alsaq, bu şəkildə fəaliyyət göstərən müəssisənin olması təəssüf doğurur.

Əldə etdiyimiz məlumata görə, Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsinin binası üç ilə yaxındır ki, bu vəziyyətdədir. Dörd ay əvvəl müəssisənin direktoru Kamil həkim vəfat edib. Son dövrlərdə isə bina tamamilə qəzalı vəziyyətə düşüb:

“Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin heç bir qurumdan mövcud vəziyyətlə əlaqəli reaksiya gəlməyib. Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsi dövlət balansından deyil, təsərrüfat hesabına maliyyələşir. Bu səbəbdən də aidiyyəti qurumlarla müqavilə bağlanmalıdır ki, həm təmir-bərpa işlərinə başlanılsın, həm də işçilərin maaşları verilsin.

Bu gün Şöbədə 15 nəfər işçi çalışır. Onlar hamısı bir otaqda toplanır. Hər kəs ehtiyat edir ki, binada bir hadisə baş verəcək. Bütün bunlara baxmayaraq, işçilər müvafiq qaydada ərazi üzrə dezinfeksiya işlərini həyata keçirirlər. Yaxşı olardı ki, bu müəssisənin fəaliyətini yaxşılaşdırmaq məqsədilə tədbir görülsün”.скачать dle 11.3
Mojo.az Banner