Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Limanında xeyli sayda TIR-ların qalmasının səbəbi açıqlandı

11.03.2020 15:29 2 507
Bakı Limanında xeyli sayda TIR-ların qalmasının səbəbi açıqlandı
“Hazırda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ərazisində xeyli sayda TIR-ların toplanması müşahidə edilir".

Report-un məlumatına görə, bunu “Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində Bakı Limanının baş direktorunun müşaviri Tural Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətə səbəb koronavirusun (COVİD-19) yayılması fonunda Türkiyə TIR-larının İran ərazisi ilə Türkmənistana keçirilməsinə qoyulan məhdudiyyətlərdir: “Yük axını baxımından bu, çox müsbət haldır. Bakı Limanına keçid prosedurlarını asanlaşdırmaq, çox gözləmədən TIR-ların o biri tərəfə keçməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir”.

T.Əliyev hesab edir ki, buna baxmayaraq, koronavirusun yükdaşımalara mənfi təsiri var: “Bu onunla bağlıdır ki, limandan keçən müəyyən tranzit yüklərini bəzi ölkələr qəbul etmir: “Ötən il Liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-ə qədər artım qeydə alınıb. Bu il üçün Liman bütün istiqamətlər üzrə artım gözləyir”.скачать dle 11.3
Mojo.az Banner