Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Masallı sakininə bıçaq çəkib qarət etdilər

11.03.2020 14:09 4 096
Masallı sakininə bıçaq çəkib qarət etdilər
Avtobus gözləyən Masallı rayon sakininə qarşı küçədə quldurluq edilib.

Hadisə Salyan rayonu ərazisindən keçən köhnə Ələt-Astara avtomobil yolunun sağ tərəfində yerləşən "Dəniz Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib.

Salyan rayon sakini İslam Məlikov idarə etdiyi avtomobillə sözügedən əraziyə yaxınlaşıb. Sonra isə yolun kənarında avtobus gözləyən Masallı rayon sakini Kamran Əliyevə yaxınlaşaraq, avtomobilinə yanacaq doldurmaq üçün ondan pul tələb edib.

K.Əliyev pulunun olmadığını deyib. İ.Məlikov cibindən bıçaq çıxarıb K.Əliyevin sinəsinə söykəyərək, onun köynəyinin döş cibindən 50 manat məbləğində pulu götürərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlayıb.скачать dle 11.3
Mojo.az Banner