Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" |
Mojo.az Avto
Mojo.az Avto

SIPRI: Azərbaycan Ermənistandan daha çox silah əldə edib

09.03.2020 13:00 4 132
SIPRI: Azərbaycan Ermənistandan daha çox silah əldə edib
Azərbaycan 2015-2019-cu illərdə dünyanın TOP-40 ən böyük əsas silah idxalçıları sırasına daxildir və Qazaxıstandan sonra (25-ci yer) alıcıların ümumi reytinqində 30-cu yeri tutaraq postsovet məkanında ikinci ən böyük silah idxalçısıdır.

Media.Az xəbər verir ki, sözügedən məlumatları Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutu təqdim edib.

Tədqiqatda son illərdə Azərbaycan və Ermənistanın silah, o cümlədən raket idxalı hesabına hərbi potensialını inkişaf etdirdiyinə diqqət çəkilir.

“2015-2019-cu illərdə yenidən Ermənistanla Azərbaycan arasında silahlı toqquşmalar baş verdi. Hər iki ölkə silah, o cümlədən bir-birinin ərazisindəki hədəflərə hücum edə biləcək raketlər hesabına hərbi potensialını artırır”, - SIPRI-dən bildirilib.

Həmçinin, son beş ildə Ermənistanın demək olar ki, bütün silah idxalını (94 faiz) Rusiyadan həyata keçirdiyi qeyd olunub.

Hesabat müddətində Azərbaycana əsas silah tədarükçüləri İsrail (60 faiz), Rusiya (31 faiz) və Türkiyə (3.2 faiz) olub.

Azərbaycan İsrailin Hindistandan (45 faiz) sonra ikinci böyük silah alıcısı olub. İsrailin hərbi ixracının altıda bir hissəsi (17 faiz) Azərbaycanın payına düşüb.

Yeni məlumatlara əsasən, dünya silah ixracında Azərbaycanın payı 0.8 faiz təşkil edib. 2015-2019-cu illərdə əvvəlki beşillik dövrlə (dünya idxalının 1.5 faizi) müqayisədə silah idxalı 40 faiz azalıb.

Bu azalmaya baxmayaraq, 2015-2019-cu illərdə Azərbaycanın silah idxalı Ermənistanın analoji idxalını 3.3 dəfə üstələyib.

SIPRI-nin silah tədarükü ilə bağlı yeni məlumatlarına əsasən, dünyada son beş ildə ən böyük silah ixracatçıları ABŞ, Rusiya, Fransa, Almaniya və Çin, ən böyük silah idxalçısı isə Səudiyyə Ərəbistanı olub.

Son xəbərlər