Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb

02.12.2024 18:57 1 581
Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb
2023-cü ildə 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri 632 milyard dollara çatıb ki, bu da real ifadədə 2022-ci illə müqayisədə 4,2% artım deməkdir.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.

Ekspertlər qeyd ediblər ki, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə nəzərə çarpır.

“Kiçik istehsalçılar Qəzza və Ukraynadakı münaqişələr, Şərqi Asiyada artan gərginlik və geniş yayılmış hərbi yenidən silahlanma proqramlarından irəli gələn yeni tələbatdan faydalanıblar. Top 100 şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırıb və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən yüksəlib. Firmaların təxminən dörddə üçü illik gəlirlərini artırıb. 2023-cü ildə silah satışından əldə edilən gəlirdə nəzərəçarpacaq artım olub və bu, 2024-cü ildə də davam edəcək”, - hesabatda deyilir.

Üç Türkiyə şirkəti, əsasən, Ukraynadakı münaqişə və hökumətin silah istehsalında özünü təmin etmək üçün davam edən səylər nəticəsində gəlirlərini 24% artaraq 6 milyard dollara çatdırıb.

Beləliklə, Baykar İHA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da 25% artaraq 1,9 milyard dollara çatıb.

Son xəbərlər