Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Ermənistan Rusiya silahlarından imtina edib, daha Hindistandan alır

14.05.2025 21:16 675
Ermənistan Rusiya silahlarından imtina edib, daha Hindistandan alır
Rusiya-Ukrayna müharibəsinin fonunda Ermənistan Rusiyadan silah tədarükünü dayandıraraq Hindistan və Fransa ilə hərbi əməkdaşlığa üstünlük verməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, 2022–2023-cü illərdə İrəvan Hindistanla 1,5 milyard dollardan artıq, 2023–2024-cü illərdə isə Fransa ilə 250 milyon dollar dəyərində müdafiə müqavilələri imzalayıb.

Ermənistanın Rusiya ilə son hərbi sazişi isə hələ 2021-ci ildə 400 milyon dollar məbləğində bağlanıb, lakin bu günə qədər tam icra olunmayıb. Bu məlumatlar Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) "Müasir mərhələdə Rusiya-Ermənistan əməkdaşlığı” adlı hesabatında yer alıb.

Hindistandan alınan silahlar sırasında 214 millimetrlik "Pinaka” yaylım atəşli raket sistemləri, 155 millimetrlik ATAGS artilleriya qurğuları, ZADS dron əleyhinə sistemlər, "Akash-1S” hava hücumundan müdafiə kompleksi və Rusiyanın lisenziyası əsasında istehsal edilən "Konkurs” tank əleyhinə raket kompleksləri var. Fransa isə Ermənistana üç ədəd "GroundMaster 200” radiolokasiya stansiyası, daşına bilən "Mistral 3” zenit-raket sistemləri və özüyeriyən "Caesar” artilleriya qurğuları göndərəcək.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2011–2020-ci illər ərzində Ermənistanın silah idxalında Rusiyanın payı 94%-ə qədər olub. Lakin 2024-cü ilə gəldikdə bu göstərici cəmi 10%-ə düşüb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, Hindistan və Fransadan silah tədarükü İrəvanın Rusiyadan siyasi asılılığını azaltmaq məqsədi daşıyır. Politoloq, Qafqaz üzrə ekspert Artur Atayevin fikrincə, bu uzunmüddətli strategiyadır, lakin Moskva ilə hərbi əlaqələrin tamamilə qırılmasını nəzərdə tutmur.

Bununla belə, Fransa və Hindistandan alınan texnika Ermənistan ordusundakı Rusiya və sovet dövründən qalma silahları tam əvəz edə bilməz. Rusiya Elmlər Akademiyası nəzdində MİEMO-nun Mərkəzi Asiya sektoru rəhbəri Stanislav Priçtinin fikrincə, tədarükün diversifikasiyası daha çox siyasi məna daşıyır. O qeyd edir ki, Ermənistan ordusu hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) standartlarına əsaslanır və Gümrüdəki Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında əsas əlaqə rolunu oynayır. Bu baxımdan, ekspertin qənaətincə, gələcəkdə Rusiyanın Ermənistan silah bazarındakı payı bərpa oluna bilər.скачать dle 11.3
Mojo.az Banner