Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-li reper P.Diddi vaxtından əvvəl azadlığa buraxıla bilər

28.10.2025 16:13 741
ABŞ-li reper P.Diddi vaxtından əvvəl azadlığa buraxıla bilər
ABŞ-li reper və prodüser P.Diddi (əsl adı Şon Kombs) həbsxanadan vaxtından əvvəl buraxıla bilər.

Bu barədə informasiyanı "ABC News" ABŞ Federal Həbsxanalar Bürosuna istinadla yayıb.

Bildirilir ki, musiqiçinin Bruklindəki istintaq təcridxanasından azad edilməsi 2028-ci il mayın 8-nə nəzərdə tutulub. Lakin vəkilləri onu daha yüngül rejimli başqa bir müəssisəyə köçürməyə nail ola bilsələr, bu müddət qısaldıla bilər.

P.Diddi köçürülərsə, qadağan olunmuş maddələrdən asılılığının müalicəsi üçün xüsusi proqramda iştirak edə bilər. Müalicəsi uğurlu olarsa, onun həbs müddəti bir il müddətinə azaldıla bilər.

Xatırladaq ki, Nyu-York Məhkəməsi bu ilin oktyabrında Kombsu fahişəliklə məşğul olan insanların daşınması ittihamı ilə dörd ildən çox həbs cəzasına məhkum edib. İttiham onun 11 ildən çox azadlıqdan məhrum olunmasını tələb etsə də, müdafiə yalnız 14 ay həbs cəzasına israr edib.

Andlılar məhkəməsi P.Diddini insanların qanunsuz daşınması ilə bağlı yalnız iki epizodda təqsirli bilmiş, lakin hədə-qorxu yolu ilə pul tələbetmə və insan alveri kimi daha ağır ittihamları onun üzərindən götürmüşdü. Qeyd edək ki, əgər reper bu ittihamlar üzrə təqsirli bilinsəydi, onu ömürlük həbs cəzası gözləyirdi.скачать dle 11.3
Mojo.az Banner