Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ prokurorluğu reper P.Diddi üçün 11 il həbs istədi

30.09.2025 16:29 1 059
ABŞ prokurorluğu reper P.Diddi üçün 11 il həbs istədi
ABŞ Federal Prokurorluğu məhkəməni P.Diddi kimi tanınan reper Şon Kombsu cinsi təcavüz ittihamı ilə ən azı 11 il həbs cəzasına məhkum etməyə və həmçinin onu 500 min dollar cərimələməyə çağırıb.

Bu barədə "Reuters" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

"Prokurorlar ən azı 135 ay həbs cəzası və məhkəmədən Kombsun 500 min dollar cərimələnməsini istəyiblər", - deyə məlumatda qeyd olunub.

Bununla belə, reperin vəkilləri keçən həftə hakimin P.Diddiyə 14 ay həbs cəzası verməsini təklif edib və bunu Kombsun keçmiş sevgililərinə qarşı qəddarcasına rəftarına dair sübutların nəzərə alınmalı olmadığını iddia ediblər - andlılar məhkəməsi ona cinsi əlaqəyə məcburetmə ittihamı üzrə bəraət qazandırıb.

Məhkəmə belə bir qərar çıxarsa, Kombs ilin sonuna qədər azadlığa buraxıla bilər, çünki 2024-cü il sentyabrın 16-da həbs olunduğu tarixdən sonra artıq həbsxanada keçirdiyi vaxt onun cəzaçəkmə müddətinə hesablanacaq.скачать dle 11.3

Son xəbərlər