Mojo.az Banner
12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Milyonçu qardaşların işində yenilik

28.10.2025 18:32 552
Milyonçu qardaşların işində yenilik
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi xüsusi əməliyyatla həbs edilən Bahadır və İkram Quliyev qardaşlarının, eləcə də onlarla birgə ittiham olunan digər şəxslərin məhkəməsi yenidən başlanacaq.

Median.Az "
Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb cinayət işinin başqa hakimlərin icraatına verilməsidir.

Bu iş bir ildən artıq idi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə araşdırılıb. Lakin məhkəmə istintaqı yekunlaşmağa az qalmış həmin hakimin səlahiyyətlərinə xitam verilib.

Təqsirləndirilən şəxslərdən birinin vəkili Vüqar Əliyevin sözlərinə görə, artıq cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına keçib. Onunla birgə iki yeni hakim də işə qoşulub. Qanunun tələbinə əsasən, hakim tərkibi dəyişdiyindən məhkəmə istintaqı yenidən aparılacaq.

Milyonçu qardaşların işində yenilik

Yeni tərkibdə ilk iclas noyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, Bahadır və İkram Quliyevlərlə yanaşı, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də işçiləri Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov da eyni iş üzrə mühakimə olunur.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz pul köçürmələri ilə məşğul olublar. İstintaqla müəyyən edilib ki, həmin şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğin təxminən 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Şirkət vasitəsilə pul köçürən bir neçə şahid ifadələrində oranı "Bahadırın bankı" kimi tanıdıqlarını bildirib.

Xüsusilə ağır cinayət əməlinə görə müttəhimlərin bir milyard manata yaxın qiymətləndirilən əmlakları - bahalı evlər, avtomobillər, qayıqlar üzərinə həbs qoyulub.

скачать dle 11.3
Mojo.az Banner