Mojo.az Banner
18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İran həbsxanalarında koronavirus yayılır

05.03.2020 22:30 1 576
İran həbsxanalarında koronavirus yayılır
İranda koronavirusun yayılması və yoluxma hallarının artması ilə həbsxanada olan siyasi məhbusların durumu narahatlıqlara səbəb olub.

HRA xəbər agentliyi və insan haqları fəalları tərəfindən sosial mediada yayımlanan xəbərlərə görə, bəzi türk fəalların saxlandığı Tehranın Evin həbsxanasının 4-cü bölməsində koronavirusa bir yoluxma halı təsdiqlənib.

Evin həbsxanasının həmin bölməsində saxlanılan üç güneyli siyasi məhbusun, o cümlədən Kiyanuş Aslani, Tohid Əmirəmini və Kazım Səfabəxşin sağlamlıq durumları ailələri və siyasi fəalların narahatlığına səbəb olub. Digər azərbaycanlı fəallar, İbrahim Nuri və Cəfər Rüstəmi-Rad, Tehran Evin həbsxanasının 8-ci hissəsində saxlanılır.

Median.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında xəstəxanadan qayıdan bir növbətçi əsgərin virusa yoluxduğu təsdiqlənib. Həmin həbsxanada bir çox siyasi, o cümlədən azərbaycanlı məhbus Yeni GAMOH təşkilatının mərkəzi komitəsinin üzvü doktor Lətif Həsəni saxlanılır.
Şərqi Azərbaycan vilayətinin Əhər şəhərinin həbsxanasında məhbus olan digər iki türk fəal Saleh Molla Abbasi və Süleyman Kazımi martın 2-də məzuniyyətə buraxılıblar. Başqa həbsxanalarda həbsdə olan türk fəallar hələ məzuniyyətə buraxılmayıblar.

İranın məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli koronavirusun yayılmasının qarşısının almaq üçün 54 mindən çox məhbusun məzuniyyətə buraxıldığını söyləyib.

İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisinin imzaladığı sərəncama görə, 'bəzi məhbusları şərti və məhdud şəkildə' məzuniyyətə buraxma icazəsi verilib. Həmin sərəncamda milli təhlükəsizliyə qarşı fəalliyyət ittihamı ilə suçlanaraq 5 ildən çox müddətə həbsə məhkum edilən məhbuslara məzuniyyət verilməyəcəyi qeyd edilir.скачать dle 11.3
Mojo.az Banner