Mojo.az Banner
15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |    
Left Banner
Right Banner

Azərbaycan-İran sərhədində son vəziyyət - VİDEO

03.03.2020 14:51 4 109
Azərbaycan-İran sərhədində son vəziyyət - VİDEO
Azərbaycanla İran sərhədində Gömrük Buraxılış Məntəqələri qarşılıqlı olaraq piyadalar üçün bağlı olsa da, yüklərin daşınması adi qaydada davam etdirilir.

Hər iki tərəfə hərəkət edən yük maşınları günün müxtəlif saatlarında sərhədi maneəsiz keçir.

Elə buna görə də Biləsuvar gömrük-buraxılış məntəqəsinin terminalında fəaliyyət göstərən FHN-in qərargahında müayinələrə cəlb olunanlar, əsasən, sürücülərdir. Bunlar arasında həm yerli, həm də İran vətəndaşlarına rast gəlinir.

Qərargahda müayinələr 24 saat müddətində həyata keçirilir. Buna görə də ərazidə iki həkim qrupu növbəlilik əsasında çalışır. Şübhəli şəxslər aşkar edilərsə, onlardan götürülən analiz nümunələri əraziyə gətirilmiş mobil diaqnostika avtomobilində yerindəcə yoxlanır.

Qarşı tərəfdən dəhliz vasitəsilə ölkəmizə qayıdan Azərbaycan vətəndaşları gömrük buraxılış məntəqəsində yoxlanışdan keçdikdən sonra onların sağlamlığına bir daha əmin olmaq üçün təcili-tibbi yardım avtomobilləri ilə bölgədəki Mərkəzi Rayon Xəstəxanalarında bir neçə gün nəzarət altında saxlanılırlar.





скачать dle 11.3
Mojo.az Banner