Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ

09.09.2026 13:37 378
Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ
Gəncədə baş verən bıçaqlanma hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 05:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə iki nəfər (bir kişi, bir qadın) hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.

* * * * *

Gəncə şəhərində 33 yaşlı kişini bıçaqlayan şəxsin digər cinayəti də üzə çıxıb.


Oxu.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, İ.Əliyev hadisədən sonra Samux rayonunun Alıuşağı kəndində bacısı, 1987-ci il təvəllüdlü S. Abbasovanı da bıçaqlayıb.

Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.

* * * * *

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E.Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

33 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər