Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralıların vəziyyəti açıqlandı (Yenilənib)

12.06.2026 14:53 660
Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralıların vəziyyəti açıqlandı (Yenilənib)
Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) iyunun 12-də saat 09:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır".

* * * * *

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


Oxu.az-a daxil olan məlumata görə, qəza bu gün saat 9 radələrində şəhərin 28 May küçəsində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad Mülqədər oğlu Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 20-CP-287 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Samir Əkbər oğlu Yusibovun idarə etdiyi "Toyota" markalı, 99-FF-382 dövlət qeydiyyat nişanlı maşınla toqquşub.

Hadisə nəticəsində "Toyota"nın sürücüsü Samir Yusibov və VAZ-2107 markalı avtomobilin sərnişini, Daşkəsən rayon sakini, 1970-ci il təvəllüdlü Çərkəz İslam oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər