Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ

09.09.2026 15:33 396
Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ
Ali məktəbə qəbul prosesi ilə yanaşı, abituriyentlər üçün qarşıda duran ən vacib məsələlərdən biri də düzgün ixtisas seçimidir. Seçilən ixtisas yalnız ali təhsil müddətini deyil, gəncin gələcək karyera istiqamətini və əmək bazarındakı imkanlarını da müəyyənləşdirə bilər. Buna görə seçim zamanı yalnız keçid balı və ya həmin ixtisasa olan populyarlıq deyil, əmək bazarındakı tələbat da nəzərə alınmalıdır. Eyni zamanda abituriyentin şəxsi maraqları, bacarıqları və seçdiyi sahədə inkişaf perspektivləri də mühüm amillərdir. Bəzən bu məqamların nəzərə alınmaması məzunların sonradan ixtisası üzrə iş tapmaqda çətinlik çəkməsinə səbəb olur.

Bəs abituriyentlər ixtisas seçimi zamanı hansı amillərə diqqət etməli, gələcək karyeralarını necə düzgün planlaşdırmalıdırlar?

Bununla bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Median.Az-a açıqlamasında deyib ki, ali təhsil almaq gənclərin karyera qurması üçün mühüm imkanlar yaratsa da, düzgün ixtisas seçimi gələcək əmək fəaliyyəti baxımından xüsusi əhəmiyyət daşıyır:

“Müasir dövrdə rəqəmsallaşma və Dördüncü Sənaye İnqilabının çağırışları fonunda əmək bazarı sürətlə transformasiya olunur, bir çox ənənəvi peşələr sıradan çıxır və yeniləri formalaşır. Belə bir şəraitdə abituriyentlərin əmək bazarındakı real tələbatı, şəxsi bacarıqlarını və həmin sahədəki gələcək inkişaf imkanlarını kifayət qədər nəzərə almadan seçim etmələri məzun olduqdan sonra ixtisas üzrə iş tapmaqda ciddi çətinliklərə yol açır. Fikrimcə, gənclərin gələcəkdə peşəkar fəaliyyətlərini daha uğurlu və rəqabətədavamlı qurmaları üçün ixtisas seçərkən bir neçə fundamental amili əsas götürmələri strateji əhəmiyyət kəsb edir. İlk növbədə, abituriyentlər anlıq tendensiyalara deyil, əmək bazarının gələcək 5–10 illik dinamikasına və qlobal trendlərə diqqət yetirməlidirlər. Süni intellekt və avtomatlaşdırmanın inkişafı fonunda seçilən peşənin gələcəkdə texnoloji cəhətdən əvəzlənmə riski mütləq şəkildə analiz edilməlidir”.

O bildirib ki, ikinci mühüm amil, şəxsi potensialın düzgün qiymətləndirilməsidir:

“Belə ki, abituriyentin şəxsi maraqları və xarakteri seçdiyi sahənin tələbləri ilə uzlaşmalıdır. Universitet təhsilinin verdiyi texniki biliklərlə yanaşı, karyera yüksəlişini təmin edən tənqidi təfəkkür, komanda işi, adaptasiya və kompleks problemlərin həlli kimi yumşaq bacarıqların inkişafına imkan verən sahələrə üstünlük verilməlidir. Eyni zamanda, dar çərçivəli mütəxəssis modelindən uzaqlaşıb, həm konkret sahədə dərin biliyə, həm də fərqli sahələrlə inteqrasiya imkanına malik ixtisaslar seçilməli, gələcəkdə asanlıqla yeni sub-ixtisaslara keçid imkanları nəzərə alınmalıdır. Nəhayət, təhsilə qoyulan investisiyanın gələcəkdə özünü doğrultması, universitetlərin real sektorla və sənaye müəssisələri ilə əməkdaşlıq əlaqələri, eləcə də məzunların işlə təmin olunma faizi obyektiv kriteriya kimi əsas götürülməlidir. Düşünürəm ki, uğurlu karyera yalnız subyektiv maraqlara deyil, şəxsi kompetensiyaların və iqtisadi reallıqların kəsişməsini düzgün müəyyən edən strateji yanaşmaya söykənməlidir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner