Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb

09.09.2026 15:30 564
Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb
"TRIPP layihəsi istiqamətində işlər uğurla davam etdirilir".

Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, layihə istiqamətində əsas danışıqlar Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında keçirilir:

"Çünki TRIPP layihəsi, yəni dəhlizə aid olan hissə - 42 kilometrə yaxın ərazi - Ermənistan ərazisidir və burada əsas danışıqlar tərəfi Amerika Birləşmiş Ştatları ilə Ermənistandır. Amerika Birləşmiş Ştatlarından olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini işlərin, danışıqların gedişatı barədə məlumatlandırırlar və bu da çox təbiidir. Çünki bu layihənin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan sərhədidir və Azərbaycanın bilavasitə iştirakı olmadan bu layihənin həyata keçirilməsi mümkünsüzdür.

Eyni zamanda, burada həmin idarəetmə şirkətinin qurulması, orada olan razılaşmalar, potensial investorların, Amerika Birləşmiş Ştatlarının investorlarının bu layihəyə cəlb edilməsi - bütün bu razılaşmaların həyata keçirilməsi müəyyən vaxt tələb edir.

Bizə verilən məlumatlar ondan ibarətdir ki, bu işlər, danışıqlar uğurla davam etdirilir".

Nazir əlavə edib ki, verilən məlumata görə, ilin sonuna kimi fiziki olaraq işlərin başlanması ehtimalı var idi:

"Hazırda razıyam ki, ictimai məkanda səsləndirilən, o cümlədən bizim eşitdiyimiz məlumatlar bir qədər bu işin daha gec, yəni fiziki işlərin başlanmasının 2027-ci ilə keçirilməsi gözləntisini yaradır.

Bizim yanaşmamız ondan ibarətdir ki, bu layihə nə qədər tez icra olunsa, bir o qədər yaxşıdır. Bunun həm Azərbaycan, həm Ermənistan, həm də daha geniş coğrafiyanı əhatə edən digər region ölkələri üçün çox sayda faydası var.

Azərbaycan öz üzərinə düşən işləri ölkənin əsas ərazisində həm dəmir yolu, həm də avtomobil yolu magistralları üzrə Ermənistan sərhədi istiqamətində uğurla davam etdirir və 2027-ci ilin əvvəlində artıq bu işlərin yekunlaşması planlaşdırılır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində də artıq Prezidentin tapşırığına əsasən müvafiq işlərə başlanılıb.

Həmin layihədə iştirak etmək marağı göstərən beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar gedir. Ancaq o danışıqların getməsinə rəğmən, yəni onların nəticəsini göstərməsini gözləmədən Azərbaycan tərəfi orada da fiziki işləri həyata keçirir.

Yəni biz özümüz çox sürətlə irəliləyirik və bu da bir daha bizim özümüzün belə önəmli regional layihəyə yanaşmamızın əyani göstəricisidir".

Son xəbərlər