Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

DYP hərəkət iştirakçılarına müraciət etdi

09.09.2026 12:35 165
DYP hərəkət iştirakçılarına müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.

"Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırır ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir.

Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər. Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır", - müraciətdə qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner