Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü |
Mojo.az Avto
Mojo.az Avto

Dövlət başçısı: "Biz artıq tranzit ölkəyik, tranzit ölkə kimi rolumuz, əminəm ki, artacaq"

28.02.2020 23:56 1 919
Dövlət başçısı:
“Düşünürəm ki, Məşvərət Şurası bu layihənin həyata keçirilməsində çox vacib rol oynayıb. Çünki biz hər il təkcə Bakıda görüşmürük. İl ərzində çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edən zaman deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrilib: “Təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri tərəfindən bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan neft bizim sistemimiz – Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilir. Beləliklə, biz artıq tranzit ölkəyik. Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırmışdır. Bu gün bu sektor çox müasir və səmərəlidir, Avrasiya nəqliyyat qovşağı kimi mövqelərimizi gücləndirməyə kömək edəcək. Xəzərdəki ən böyük donanma bizə məxsusdur, 200-dən çox gəmimiz var”.

Prezident İlham Əliyev deyib ki, hazırda Azərbaycanda həm ölkəmiz, həm də konsorsium üçün zəruri gəmilər istehsal edən çox müasir gəmiqayırma zavodu var: “Biz 6 beynəlxalq hava limanı tikmişik. Onlardan biri – Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduza layiq görülmüş hava limanıdır. Bu, dünyadakı beşulduzlu 10 hava limanından biridir. Biz dəmir yolu sistemimizi müasirləşdirmişik və bu proses davam etməkdədir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Azərbaycan hava yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdədir. Yolların keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. İnfrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdəyik. Beləliklə, nəqliyyat sektorunun inkişafı çox sürətli olub”.

Son xəbərlər