Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Baş Epidemioloq vətəndaşlara səsləndi: “Əhalinin sıx olduğu yerlərə getməyin”

24.02.2020 14:22 1 342
Baş Epidemioloq vətəndaşlara səsləndi: “Əhalinin sıx olduğu yerlərə getməyin”
“Azərbaycanın İranla sərhədi bağlaması insanları təlaşlandırmasın. Bu sadəcə, təhlükəsizlik məqsədi ilə atılan addımdır. Çünki iki ölkə arasında gediş-gəliş kifayət qədər çox olurdu. Yaxşı olar ki, insanlar sağlamlıqlarını qorumaq üçün nəinki İrana, ümumiyyətlə ölkə daxilində də əhalinin sıx olduğu yerlərə getməsinlər”.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, virusdan qorunmaq üçün mütləq şəkildə maskalardan istifadə etsinlər:

“Koronavirusu bu qədər böyütmək olmaz. Virus xəstəliklər insanlar yaranandan mövcud olub və olacaq. Koronavirus da onlardan biridir. Düzgün və sağlam qidalanmaqla, maskalardan istifadə etməklə və insanlarla ünsiyyəti maksimum dərəcədə azaltmaqla hava yolu ilə keçən bütün xəstəliklərdən qorunmaq olar.

Adi respirator infeksiyaları belə insanlar arasında sürətlə yayıla bilir. Buna səbəb isə insanların qorunmamasıdır. Xəstə şəxslərdən kənar durmaq, qoruyucu maskalardan istifadə etmək vacibdir. Bu gün Səhiyyə Nazirliyi, eləcə də digər qurumlar təhlükəsizlik məqsədi ilə kifayət qədər ciddi addımlar atıblar. İnsanlar özlərini qorumasa, fərd olaraq onları bir-bir qorumaq mümkün deyil. Vacib olmadığı təqdirdə nə İrana, nə də bu virusun yayıldığı digər ölkələrə getmək, həmin ölkələrdən gələn şəxslərlə təmasda olmaq məsləhət görülmür. Hətta deyərdim ki, ehtiyac yoxdursa, evdən bayıra çıxmamaq daha yaxşı olardı”.

İ.Ağayev sonra qeyd edib ki, insanların öpüşüb-görüşməsi bütün hallarda yanlışdır:

“Hər zaman demişəm ki, havada müxtəlif virus infeksiyaları var. İnsanlar bir-biri ilə öpüşüb-görüşməməlidir. Buna nə ehtiyac var? Bununla onlar hava yolu ilə yoluxan müxtəlif xəstəliklərə tutula bilərlər. Bu birbaşa xəstəliyin orqanizmə düşməsi üçün şəriat yaradan amildir. Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb. Rəsmi olaraq Səhiyyə Nazirliyinin açıqladığı informasiyaya inanmaq lazımdır. Təxribat xarakterli yayılan, rəsmi olmayan heç bir məlumata inanmayın. Azərbaycanda müxtəlif qurumlar önləyici profilaktik tədbirlər həyata keçirir. Sərhəd ölkə olduğu üçün bir qədər daha ehtiyatlı olmaqda fayda var. Amma bu o demək deyil ki, İranda bu virusa yoluxan şəxslər aşkar edilibsə, Azərbaycanda da mütləq olacaq”.

Nazirliyin baş epidemioloqu Azərbaycan vətəndaşlarına müraciət edib.

O qeyd edib ki, adi respirator infeksiyalarına yoluxan şəxslərin məktəbə və ya işə getməsi doğru deyil:

“Hər zaman demişəm ki, hava yolu ilə yoluxa biləcək xəstəliklərə (respirator infeksiyalar) yoluxan insanlar sağalana qədər ev şəraitində olmalıdırlar. İşə götürən şəxslər digər əməkdaşlarının sağlamlığını qorumaq məqsədi ilə həmin işçilərə icazə verməlidirlər. Əks təqdirdə ən yüngül infeksion xəstəliklər belə qısa zamanda yayıla bilir. “Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümi xarakter daşıyır”.

Son xəbərlər